Avropanın Rusiya ilə vasitəçilərsiz birbaşa əlaqə kanalına malik olması zəruridir. Qarabaginfo.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “Liberation” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukraynanın əsas tərəfdarları olan avropalılar öz maraqlarını qorumaq üçün məsuliyyəti başqalarının üzərinə qoymadan Rusiya ilə birbaşa ünsiyyət imkanına malik olmalıdırlar.