Ana Sayfa > Karusel / Dünya > ABŞ hərbi texnikanı Suriyadan İraqa köçürür Ana səhifə Planet    

ABŞ hərbi texnikanı Suriyadan İraqa köçürür Ana səhifə Planet    


Dünən, 21:08. Yazar: Admin

ABŞ hərbi texnikanı Suriyadan İraqa köçürür

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın şimal-şərqində yerləşən bazadan hərbi texnikanı İraqın şimalına köçürür.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Al Watan" qəzeti məlumat yayıb.

Bildirilir ki, texnika Haseke əyalətində yerləşən “Harab əl-Cir” bazasından çıxarılır. Məlumata əsasən, bazanın hava məkanı hərbi təyyarələr tərəfindən patrul olunur.

Qeyd edək ki, yanvarın 18-də Suriya prezidenti Əhməd əş-Şara ölkənin şimal-şərq bölgəsinə nəzarət edən kürd koalisiyası – “Suriya Demokratik Qüvvələri” ilə atəşkəs razılaşmasını təsdiqləyib.

 


Geri dön