Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İranda iğtişaşlarda ölənlərin adları açıqlandı
Ana Sayfa > Karusel / Dünya > İranda iğtişaşlarda ölənlərin adları açıqlandı

İranda iğtişaşlarda ölənlərin adları açıqlandı


Dünən, 20:27. Yazar: Admin

İranda iğtişaşlarda ölənlərin adları açıqlandı

İran Prezidenti Məsud Pezeşkian son vaxtlar baş verən iğtişaşlar zamanı həlak olan təxminən üç min nəfərin adlarının dərc olunması barədə göstəriş verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İranın Prezident Administrasiyasının saytında məlumat paylaşılıb.

"Prezidentin göstərişi ilə… son etirazlar və iğtişaşlar zamanı həlak olmuş 2 986 nəfərin siyahısı dərc olunur", – açıqlamada qeyd edilib.

Rəsmi statistika üzrə həlak olanların sayı (3 117 nəfər) ilə dərc olunan adların sayı arasında 131 nəfərlik fərq var. Bəyanatda vurğulanıb ki, bu fərq həmin şəxslərin kimliyinin hələ müəyyən edilməməsi ilə bağlıdır.

 


Geri dön