ABŞ-a məxsus raket destroyeri "USS Delbert D.Black” İsrailin Eilat limanında lövbər salıb.
Qarabaginfo.az bu barədə “The Times of Israel”ə istinadən xəbər verir.
Məlumata görə, destroyerin İsrailə gəlməsi əvvəlcədən planlaşdırılıb və İsrail ordusu və ABŞ arasında əməkdaşlığın bir hissəsidir.
Qeyd edək ki, son vaxtlar İranla gərginliklər fonunda ABŞ öz hərbi mövcudluğunu Yaxın Şərqdə artırır.
İsrail mətbuatı ABŞ hərbi gəmilərinin Qırmızı Dənizdə üzməsinin adi hal olduğunu, lakin Eilat limanında nadir hallarda lövbər saldığını bildirir.