Ana Sayfa > Karusel / Gündəm > Ölkənin ən gənc generalı ilə bağlı maraqlı - Detallar

Ölkənin ən gənc generalı ilə bağlı maraqlı - Detallar


Bu gün, 10:58. Yazar: Admin

olkenin-en-genc-generali-ile-bagli-maraqli

Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən 34 yaşlı əməkdaşı Fuad Elxan oğlu Məmmədov barəsində maraqlı məlumatlar yayılıb.

Qarabaginfo.az xəbər verir ki, hazırda Azərbaycanın vəzifədə olan ən gənc generalı adına sahiblənən Fuad Məmmədovun atasının müəllim olduğu bildirilib.

Onun atasının bp-nin vitse-prezidenti olmasına dair iddialar olsa da, bu, təsdiqini tapmayıb.

“Unikal”ın məlumatına görə, F.Məmmədov 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Həmin vaxt o, gömrük xidməti mayoru rütbəsi daşıyırdı. Cəmi 10 ay sonra isə F.Məmmədov artıq general-mayor oldu.


Geri dön