ABŞ Müdafiə Nazirliyi Ukraynaya təhvil verilən F-16 qırıcı təyyarələrinin texniki xidməti üçün 235,4 milyon dollardan çox dəyərində müqavilə imzalayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.
Sənəddən əsasən ABŞ Hərbi Hava Qüvvələri xətti üzrə müqavilə Belçikanın “Sabena Aerospace Engineering” şirkətinə verilib.
Bu müqavilə F-16 təyyarələri və mühərrikləri üzərində aralıq və əsas texniki xidmət işlərini, eləcə də Ukrayna üçün logistika idarəetməsini əhatə edir.
İş “Sabena Aerospace Engineering” şirkətinin Belçikadakı müəssisəsində yerinə yetiriləcək. İşin 28 yanvar 2029-cu ilə qədər başa çatması gözlənilir.