Ana Sayfa > Karusel / Kriminal > “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və iki əməkdaşı tutuldu

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və iki əməkdaşı tutuldu


Bu gün, 10:00. Yazar: Admin

qurtulus-reabilitasiya-merkezinin-rehberi-ve-iki-emekdasi-tutuldu

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev tutulub.

Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham verilib.

Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.

Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub.


Geri dön