Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə səfər edib.
Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özbəkistan Prezidentini paytaxt Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayıb.
Mirziyoyevin səfəri çərçivəsində Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasının keçirilməsi gözlənilir. İclasda ticari-iqtisadi əlaqələr, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq, nəqliyyat və enerji tərəfdaşlığı, təhsil və mədəniyyət məsələlərində fikir mübadiləsi aparılması nəzərdə tutulub.