Ana Sayfa > Karusel / Kriminal > Azərbaycanın axtardığı şəxs Türkiyədə tutuldu

Azərbaycanın axtardığı şəxs Türkiyədə tutuldu


Dünən, 10:58. Yazar: Admin

azerbaycanin-axtardigi-sexs-turkiyede-tutuldu

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının yeri Türkiyədə müəyyən olunub.

DİN-in Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, oğurluq maddəsi ilə başlanmış cinayət işi üzrə Qazax RPŞ tərəfindən axtarışda olan Budaqov Ozan Çingiz oğlu İnterpol kanalları vasitəsilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.


Geri dön