Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Hollandiyada yeni hakim koalisiya müdafiə investisiyalarını artırmaq niyyətindədir
Ana Sayfa > Karusel / Dünya > Hollandiyada yeni hakim koalisiya müdafiə investisiyalarını artırmaq niyyətindədir

Hollandiyada yeni hakim koalisiya müdafiə investisiyalarını artırmaq niyyətindədir


28-01-2026, 07:51. Yazar: Admin

Hollandiyada yeni hakim koalisiya müdafiə investisiyalarını artırmaq niyyətindədir

Hollandiya parlament seçkilərində qalib gələn sol liberal partiya olan Demokratlar 66 partiyası və onun tərəfdaşları olan Azadlıq və Demokratiya Naminə Xalq Partiyası və Xristian Demokratlar hökumət qurduqdan sonra müdafiə investisiyalarını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədirlər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azadlıq və Demokratiya Naminə Xalq Partiyasının lideri Dilan Yeşilgöz-Zegerius məlumat verib.

"Gərgin danışıqlardan sonra iqtisadiyyatın gücləndirilməsini, müdafiə və təhlükəsizliyə əhəmiyyətli investisiyaların qoyulmasını, dövlət aparatının ölçüsünün azaldılmasını və sərt sığınacaq siyasətini əhatə edən bir plan hazırladıq", - o bildirib.


Geri dön