Ana Sayfa > Karusel / Gündəm > İsa Həbibbəylinin istefa xəbəri yayıldı

İsa Həbibbəylinin istefa xəbəri yayıldı


26-01-2026, 16:47. Yazar: Admin

İsa Həbibbəylinin istefa xəbəri yayıldı

 

 

Sosial mediada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti İsa Həbibbəylinin istefa ərizəsi yazdığına dair məlumatlar yayılıb.

Qarabaginfo.az xəbər verir ki, Modern.az xəbərin həqiqəti əks etdirib-etdirmədiyini öyrənmək üçün AMEA ilə əlaqə saxlayıb. AMEA-dan İsa Həbibbəylinin işinin başında olduğu bildirilib.

“Dezinformasiyadır. Hazırda AMEA Rəyasət Heyəti Aparatında akademik İsa Həbibbəylinin iştirakı ilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin hesabat yığıncağı keçirilir”, - deyə qurumdan əlavə edilib. 

Xatırladaq ki, İsa Həbibbəyli 2022-ci ilin oktyabrında AMEA prezidenti seçilib. 


Geri dön