Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Gürcüstan Baş naziri: Azərbaycanla birgə gömrük məntəqəsinin yaradılması üzərində fəal iş aparılır
Ana Sayfa > Karusel / Region > Gürcüstan Baş naziri: Azərbaycanla birgə gömrük məntəqəsinin yaradılması üzərində fəal iş aparılır

Gürcüstan Baş naziri: Azərbaycanla birgə gömrük məntəqəsinin yaradılması üzərində fəal iş aparılır


26-01-2026, 12:06. Yazar: Admin

Gürcüstanın Baş naziri İrakli Kobaxidze

 

Azərbaycan və Ermənistanla birgə gömrük məntəqələri layihələri üzərində fəal iş aparılır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Gömrük Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən layihələr ən yaxşı regional əməkdaşlıq nümunəsidir.

Kobaxidze bildirib ki, dünyada ticarət yollarının yenidən qiymətləndirildiyi bir vaxtda Gürcüstan regional sabitlik və logistika mərkəzi kimi ortaya çıxır. Baş nazir Gürcüstanın gömrük sahəsində davam edən islahatların bu prosesdə çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.


Geri dön