Ana Sayfa > Karusel / Siyasət > Hikmət Hacıyev və İran XİN başçısının müavini arasında görüş baş tutub

Hikmət Hacıyev və İran XİN başçısının müavini arasında görüş baş tutub


24-01-2026, 22:03. Yazar: Admin

Hikmət Hacıyev və İran XİN başçısının müavini arasında görüş baş tutubAzərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İran İslam Respublikası Xarici İşlər Nazirinin müavini Vəhid Cəlalzadə arasında görüş baş tutub.

 

Qarabaginfo.azxəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi "X" hesabında paylaşım edib
Görüş əsnasında iki ölkə arasında mövcud olan dərin tarixi-mədəni ortaqlıqlar və xalqlararası sarsılmaz bağlar məmnunluqla qeyd edilib.
Tərəflər bütün istiqamətlərdə əlaqələrin dərinləşdirilməsinə dair ortaq niyyətlərini yenidən ifadə edib.


Geri dön