Ana Sayfa > Karusel / Dünya > Kanada Qrenlandiyada “Qızıl Günbəz” HHM sisteminin yerləşdirilməsinə qarşıdır

Kanada Qrenlandiyada “Qızıl Günbəz” HHM sisteminin yerləşdirilməsinə qarşıdır


24-01-2026, 09:59. Yazar: Admin

Kanada Qrenlandiyada “Qızıl Günbəz” HHM sisteminin yerləşdirilməsinə qarşıdır

ABŞ Prezidenti Donald Tramp Kanadanın ABŞ-ın “Qızıl Günbəz” HHM sisteminin elementlərini Qrenlandiyada yerləşdirilməsinə qarşı olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında məlumat verib.

"“Qızıl Günbəz” Kanadanı qorusa da, Ottava Qrenlandiyada “Qızıl Günbəz”i tikməyə qarşıdır. Bunun əvəzinə, onlar Çinlə əməkdaşlığa səs verdilər və Çin elə birinci il ərzində onların sonunu gətirəcək”, - Tramp yazıb.


Geri dön