Ana Sayfa > Karusel / Səhiyyə > Azərbaycanda son sutkada 1322 nəfər COVID-19-dan sağalıb, 474 nəfər yoluxub, 16 nəfər vəfat edib
Azərbaycanda son sutkada 1322 nəfər COVID-19-dan sağalıb, 474 nəfər yoluxub, 16 nəfər vəfat edib13-01-2021, 16:39. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1 322 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaqinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 225 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 212 120 nəfər müalicə olunaraq sağalıb, 2 957 nəfər vəfat edib, aktiv xəstə sayı 10 743 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 052, ötən müddət ərzində isə ümumilikdə 2 287 959 test aparılıb. Geri dön |