Ana Sayfa > Karusel / Dünya > Zelenski: Ukrayna üçün təhlükəsizlik zəmanəti müqaviləsi imzalanmağa hazırdır

Zelenski: Ukrayna üçün təhlükəsizlik zəmanəti müqaviləsi imzalanmağa hazırdır


23-01-2026, 13:40. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Təhlükəsizlik zəmanəti müqaviləsi imzalanmağa hazırdır.

Qarabaginfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

“Trampdan tarix və məkanı gözləyirəm”, - Zelenski deyib.

Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazır olduğunu bəyan edən Zelenskinin sözlərinə görə, müqavilə texniki detallara baxmayaraq, imzalanmağa hazırdır.

O, həmçinin, ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Hava Hücumundan Müdafiə məsələsini qaldırıb və ABŞ-dan müsbət nəticələr gözləyir.


Geri dön