Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kreml Uitkoff və Kuşnerin Moskvaya gəliş vaxtını açıqlayıb
Ana Sayfa > Karusel / Dünya > Kreml Uitkoff və Kuşnerin Moskvaya gəliş vaxtını açıqlayıb

Kreml Uitkoff və Kuşnerin Moskvaya gəliş vaxtını açıqlayıb


22-01-2026, 14:43. Yazar: Admin

Picture background

"ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner bu gün saat 19:00 ilə 20:00 arasında Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gələcəklər".

Qarabaginfo.az-ın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov danışıqlarda iştirak edəcək və danışıqlardan sonra jurnalistlərə brifinq verəcək.

Peskov Rusiya prezidenti Vladimir Putinin Trampın və komandasının Ukraynadakı sülhməramlı səylərinin effektivliyini yüksək qiymətləndirib: "Biz bu səyləri və onların effektivliyini alqışlayırıq".

Kremlin sözçüsü Uitkoffun Moskvaya səfərindən əvvəl Ukrayna ilə bağlı danışıqlar prosesi barədə şərh verməyəcəyini bildirib.

Peskov Kiyevin qərar verməsi və məsuliyyəti öz üzərinə götürməsi vaxtının gəlib çatdığını vurğulayıb.


Geri dön