Novxanı kəndindən 5 ci sinif şagirdi əsgərə məktub göndərib. O, "Səninlə fəxr edirəm, Azərbaycan əsgəri" sözləri ilə başlayan məkubu isti corabın içində yollayıb əsgərə.
Amma Azərbaycan əsgəri nə o məktubdan xəbər tutdu, nə də o corabı geyinə bildi. Daha doğrusu, məktub ünvana çatmadı.
Ağsuda marketdən alınan corabın içindən çıxan məktubu indi hamı gördü. Fəxrlə yox, utancla.
Qarabaginfo.az Mediapress.az-a istinadən xəbər verir ki, əsgərlərə göndərilən yardımlar təəssüf ki, hal-hazırda marketlərdə satışdadır...
Ümid edirik, lazımi orqanlar, xüsusilə də Azərbaycan Respublikası Müdafiə Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayacaq.