Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Deputat qatlanan cib bıçaqlarının satışının qadağan olunmasını istəyir
Ana Sayfa > Karusel / Cəmiyyət > Deputat qatlanan cib bıçaqlarının satışının qadağan olunmasını istəyir

Deputat qatlanan cib bıçaqlarının satışının qadağan olunmasını istəyir


22-01-2026, 11:33. Yazar: Admin

Müşfiq Cəfərov, Milli Məclisin deputatı

 

Azərbaycanda qatlanan cib bıçaqlarının satışının qadağan olunması təklif edilib.

Qarabaginfo.az xəbər verir ki, belə təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deputat Müşfiq Cəfərov çıxış edib.

Deputatın sözlərinə görə, gənclər və yeniyetmələr arasında bıçaqlanma hadisələri ilə bağlı statistika göstərir ki, bunlar daha çox cibdə gəzdirilən, qatlanan bıçaqlarla törədilir: “Bu bıçaqların satışının, istifadəsinin qadağan olunmasını təklif edərdim".

Müşfiq Cəfərov qeyd edib ki, müəyyən oyunlar da uşaqların və yeniyetmələrin psixologiyasına təsir edir: "Onların da qadağan olunması böyük əhəmiyyət kəsb edir. Bu qadağa uşaq və yeniyetmələr arasında ölüm hadisələrinin qarşısını almış olar".


Geri dön