Qarabaginfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Davosda Dünya İqtisadi Forumunda deyib.
“Ukrayna bizim bir nömrəli prioritetimiz olmaldır. Bundan sonra biz Qrenlandiya da daxil olmaqla, bütün başqa mövzuları müzakirə edə bilərik. Lakin Ukrayna birinci olmalıdır. Çünki, bu Avropanın təhlükükəsizliyim üçün əhəmiyyətlidir”,- Baş katib vurğulayıb.
Rutte həmçinin zarafatyana tərzdə Finlandiya prezidenti Aleksandr Stubbdan gileylənib və Finlandiyanın hərbi istehsalının kifayət qədər olmadığını deyib.
“Xahiş edirəm, bunun üçün vaxt ayırın”,- NATO Baş katibi Stubba müraciətində deyib.