Ana Sayfa > Karusel / Dünya > Rutte: Tramp olmasaydı NATO hərbi xərclərin artım hədəfinə çata bilməzdi
Rutte: Tramp olmasaydı NATO hərbi xərclərin artım hədəfinə çata bilməzdi21-01-2026, 15:09. Yazar: Admin |
|
NATO-nun Baş katibi Mark Rutte hərbi blokun müdafiə xərclərinin 2025-ci ildə təyin olunan hədəfə çatmasının ABŞ prezidenti Donald Trampın sayəsində olduğunu deyib. Qarabaginfo.az xəbər verir ki o, bu barədə Davosda Dünya İqtisadi Forumunda danışıb.
“Bilirəm ki, bir çoxunuz Trampı tənqid edirsiniz. Amma həqiqətən insanırsınız ki, Tramp olmasaydı İspaniya, İtaliya, Belçika və Kanada da daxil olmaqla Avropanın 8 böyük iqtisadiyyatı 2025-ci il üçün müəyyən edilən 2%-lik hərbi xərc hədəfinə çata bilərdi? İlin əvvəlində bu rəqəm sadəcə 1.5% idi. Trampsız bu heç vaxt baş verə bilməzdi. İndi onların hamısı 2%-ə çatıb”, - Rutte bildirib. Geri dön |