Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > NATO Baş katibi: Arktikanı Rusiya və Çinin təsirindən qorumalıyıq
Ana Sayfa > Karusel / Dünya > NATO Baş katibi: Arktikanı Rusiya və Çinin təsirindən qorumalıyıq

NATO Baş katibi: Arktikanı Rusiya və Çinin təsirindən qorumalıyıq


21-01-2026, 14:49. Yazar: Admin

NATO Baş katibi Mark Rutte

 

NATO-nun Baş Katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampın Arktika ilə bağlı fikirlərini dəstəkləyib.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə Dünya İqtisadi Forumunda danışıb.

“Düşünürəm ki, prezident Tramp haqlıdır. Biz Arktikanı qorumalıyıq. Çin və Rusiya bu bölgədə aktivliklərini artırırlar. Sadəcə Arktika ilə həmsərhəd olan 8 ölkə var ki, bunlardan 7-si NATO ölkəsidir. NATO ölkəsi olmayıb Arktika ilə həmsərhəd olan yeganə ölkə Rusiyadır. Hətta mən deyərdim ki, 9-cu bir ölkədə var ki, bu da Çindir. Çin Arktikada getdikcə daha da fəallaşır. Buna görə də düşünürəm ki, prezident Tramp haqlıdır. Biz Arktikanı Rusiya və Çinin təsirindən qorumalıyıq”,-Mark Rutte vurğulayıb.


Geri dön