Ana Sayfa > Karusel / Siyasət / Dünya > Ərdoğanla Tramp telefon danışığında Suriyanı müzakirə ediblər

Ərdoğanla Tramp telefon danışığında Suriyanı müzakirə ediblər


21-01-2026, 14:18. Yazar: Admin

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampla apardığı telefon danışığının səmərəli keçdiyini bildirib.

Qarabaginfo.az-ın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan müzakirə edilən mövzular arasından Suriya məsələsinin əsas yer tutduğunu bildirib.

“İŞİD-lə birgə mübarizə də daxil olmaqla, Suriyanın təhlükəsizliyinə töhfə verəcək bir çox mühüm məsələni ətraflı şəkildə müzakirə etdik. Dünən imzalanan razılaşmanın icrası ilə ən qısa zamanda təşkilatın nəzarəti altında olan digər ərazilər və orada yaşayan mülki əhali də azadlığına qovuşacaq. Beləliklə, hər kəsin özünü təhlükəsiz hiss etdiyi, bütövləşmiş bir Suriya qurulmuş olacaq”, - Ərdoğan qeyd edib.


Geri dön