Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan Prezidenti: Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Prezidenti: Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq

Azərbaycan Prezidenti: Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq


20-01-2026, 19:01. Yazar: Admin

Azərbaycan Prezidenti: Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq

Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib.

“Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur”, - dövlət başçısı qeyd edib.


Geri dön