Ana Sayfa > Karusel / Hadisə > Kazana uçan təyyarə Bakıda eniş edib

Kazana uçan təyyarə Bakıda eniş edib


20-01-2026, 09:59. Yazar: Admin

Kazana uçan təyyarə Bakıda eniş edib

“FlyDubai” aviaşirkətinə məxsus, Dubay — Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.

“Boeing 737” tipli hava gəmisi yerli vaxtla saat 00:04-də Bakı hava limanına uğurla eniş edib.

Hava limanı tərəfindən bütün zəruri xidmətlər operativ şəkildə səfərbər edilib və görülən tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi protokollarına tam uyğun şəkildə həyata keçirilib.


Geri dön