Ana Sayfa > Karusel / Gündəm > MN-dən əhaliyə çağırış: Partlayışlar olacaq

MN-dən əhaliyə çağırış: Partlayışlar olacaq


19-01-2026, 12:14. Yazar: Admin

MN-dən əhaliyə çağırış: Partlayışlar olacaq

Pirəkəşkül və Ağdərədə 19-23 yanvar tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məhv etmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda vurğulanıb.

 


Geri dön