Ana Sayfa > Karusel / Dünya > Tramp İrana zərbə endirməkdən özü imtina edib

Tramp İrana zərbə endirməkdən özü imtina edib


16-01-2026, 23:07. Yazar: Admin

ABŞ prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onu İrana zərbə endirməkdən imtina etməyə heç kim razı salmayıb və bu qərarı özü verib.

Qarabaginfo.az xəbər verir ki, Ağ Ev rəhbəri bu açıqlamanı Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən verib.

Ərəb dövlətlərinin və İsrailin nümayəndələrinin onu İrana zərbə endirməməyə çağırıb-çağırmadığı ilə bağlı suala cavabında Tramp bildirib ki, “heç kim onu razı salmayıb, o, özü özünü buna inandırıb”.


Geri dön