Ana Sayfa > Karusel / Region > İranda etirazlarda 3 min nəfər həbs edilib

İranda etirazlarda 3 min nəfər həbs edilib


16-01-2026, 15:27. Yazar: Admin

İranda etirazlarda 3 min nəfər həbs edilib

İranda hökumət əleyhinə etirazlarda iştirak edən 3 min nəfər həbs edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd edək ki, İranda dekabrın 29-da milli valyuta rialın kəskin ucuzlaşmasından sonra başlayan etirazlar ölkənin əksər iri şəhərlərində hökumət əleyhinə aksiyalara çevrilib. Etirazlarda 2000-ə qədər insan öldüyü bildirilir. Yanvarın 12-də yüz minlərlə insanın hökumətə dəstək məqsədilə keçirdiyi kütləvi nümayişlərdən sonra etirazlar səngiyib.


Geri dön