Ana Sayfa > Karusel / Siyasət / Dünya > Netanyahudan sonra Pezeşkianla danışdı

Netanyahudan sonra Pezeşkianla danışdı


16-01-2026, 15:20. Yazar: Admin

netanyahudan-sonra-pezeskianla-danisdi

Rusiya və İran prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov bildirib. 

Onun sözlərinə görə, iki ölkə liderinin söhbətinin detalları daha sonra açıqlanacaq.

Peskov bildirib ki, İran və ümumilikdə Yaxın Şərq ətrafında vəziyyət kifayət qədər gərgindir: “Prezident Putin gərginliyin azalmasına töhfə vermək üçün səylərini göstərməyə davam edir”.

Xatırladaq ki, bundan əvvəl V.Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.


Geri dön