Ana Sayfa > Karusel / Dünya > Kreml Avropa liderlərinin Rusiya ilə dialoqa çağırışını müsbət qiymətləndirir

Kreml Avropa liderlərinin Rusiya ilə dialoqa çağırışını müsbət qiymətləndirir


16-01-2026, 14:52. Yazar: Admin

Kreml Avropa liderlərinin Rusiya ilə dialoqa çağırışını müsbət qiymətləndirir

Roma, Paris və Berlin tərəfindən Rusiya ilə dialoqla bağlı səsləndirilən mövqelər əhəmiyyətli dəyişiklikdir.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Avropa liderlərinin Moskva ilə dialoqa ehtiyac duyulması ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib.

Kremlin sözçüsü bildirib ki, bu, onların mövqeyində müsbət bir təkamüldür.

Rusiya prezidentinin mətbuat katibi həmçinin qeyd edib ki, London Avropada sülhə və sabitliyə töhfə vermək istəmir və onun mövqeyi dağıdıcı xarakter daşıyır.

Peskov Britaniyanın Moskva ilə dialoqla bağlı radikal mövqeyini vurğulayıb.


Geri dön