Ana Sayfa > Karusel / Region > Rusiyada peşə təlim mərkəzində partlayış olub, 200 nəfər təxliyə edilib, 7 yaralı var

Rusiyada peşə təlim mərkəzində partlayış olub, 200 nəfər təxliyə edilib, 7 yaralı var


15-01-2026, 15:56. Yazar: Admin

Rusiyada peşə təlim mərkəzində partlayış olub, 200 nəfər təxliyə edilib, 7 yaralı var

Rusiya Daxili İşlər Nazirliyinin Komi Respublikasının Sıktıvkar şəhərindəki peşə təlim mərkəzində partlayış baş verib.

Qarabaginfo.az xəbər verir ki, bina qatı tüstü ilə dolub.

İlkin məlumatlara görə, yeddi nəfər yaralanıb, təxminən iki yüz nəfər təxliyə edilib.

Hadisə yerində təcili yardım xidmətləri və hüquq-mühafizə orqanları işləyir.


Geri dön