Ana Sayfa > Karusel / Siyasət > Türkiyə İrana qarşı hərbi gücdən istifadə ssenarisinə tərəfdar deyil

Türkiyə İrana qarşı hərbi gücdən istifadə ssenarisinə tərəfdar deyil


15-01-2026, 13:51. Yazar: Admin

Picture background

Türkiyə İranla bağlı hadisələri yaxından izləyir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında bildirib.

O qeyd edib ki, Türkiyə İrana qarşı hərbi gücdən istifadə ssenarisinə tərəfdar deyil.

“İranın beynəlxalq aktorlarla problemlərini həll etməsi və qeyri-stabilliyə gətirib çıxaracaq hadisələrin baş verməməsi Türkiyənin xeyrinədir”, - Hakan Fidan deyib.

Türkiyəli nazir ABŞ və İran arasında problemlərin ya birbaşa, ya da vasitəçilərin iştirakı ilə dialoq vasitəsilə həll olunacağına ümid etdiyini vurğulayıb.


Geri dön