Ana Sayfa > Karusel / Dünya > Tramp Qrenlandiya üçün NATO-nun Danimarkaya çağırış etməsini istəyib

Tramp Qrenlandiya üçün NATO-nun Danimarkaya çağırış etməsini istəyib


14-01-2026, 23:03. Yazar: Admin

ABŞ prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp Rusiya və Çini Qrenlandiyaya yaxın Arktik sulardan çıxarmağa yalnız ABŞ-ın qadir olduğunu bildirib.

Qarabaginfo.az  xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social”da paylaşım edib.

“NATO: Danimarkaya deyin ki, onları dərhal ordan çıxarsın! İki it xizəyi kifayət etməyəcək. Bunu sadəcə ABŞ edə bilər”, - Tramp qeyd edib.

O, paylaşımın altına “Just the News”ə məxsus məqalənin linkini yerləşdirib.

Sözügedən məqalədə Danimarka hərbi kəşfiyyatının Rusiya və Çinin Qrenlandiyaya yaxın sularda öz hərbi mövcudluqlarını artırmaq niyyətləri ilə bağlı hesabatından danışılır.


Geri dön