Ana Sayfa > Karusel / Mədəniyyət > Azərbaycanda dublyaj sənayesi inkişaf etdiriləcək

Azərbaycanda dublyaj sənayesi inkişaf etdiriləcək


14-01-2026, 17:27. Yazar: Admin

Azərbaycanda dublyaj sənayesi inkişaf etdiriləcək

Filmlərin dublyajı ekosisteminin təkmilləşdirilməsi aparılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında əksini tapıb.

Sənədə əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə 2026-2028-ci illərdə beynəlxalq təcrübənin öyrənilməsini, mövcud vəziyyətin təhlilini, filmlərin dublyajına dəstək mexanizmləri ilə bağlı təkliflərin hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini və yekunda dublyaj sənayesinin inkişafını təmin etməlidir.


Geri dön