Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Qırğızıstan Vladimir Solovyovu “persona-non-grata” elan edə bilər
Ana Sayfa > Karusel / Dünya > Qırğızıstan Vladimir Solovyovu “persona-non-grata” elan edə bilər

Qırğızıstan Vladimir Solovyovu “persona-non-grata” elan edə bilər


14-01-2026, 15:03. Yazar: Admin

Rusiya televiziya aparıcısı Vladimir Solovyov

 

Qırğızıstan rusiyalı teleaparıcı Vladimir Solovyovu “persona-non-grata” (arzuolunmaz şəxs) elan edə bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alaqozov bildirib.

Onun sözlərinə görə, Solovyovun statusu ilə bağlı rəsmi qərar müvafiq prosedur çərçivəsində veriləcək: “Mənə məlumdur ki, deputatlar Solovyovu “persona-non-grata” elan etmək təklifini irəli sürüb. Bunun üçün müvafiq prosedur mövcuddur. Görək bu məsələ necə nəzərdən keçiriləcək”.

Qeyd edək ki, Solovyov daha əvvəl Mərkəzi Asiyanı “bizim bölgə” adlandırıb və Rusiyanın təsir zonalarında “xüsusi hərbi əməliyyatın” keçirilə biləcəyini bildirib. Vladimir Solovyov eyni zamanda, Ermənistanda “xüsusi hərbi əməliyyat”ın aparılmasının mümkünlüyünü bildirib. Bundan sonra Solovyovun Ermənistan Respublikasının “Şərəf ordeni”ndən məhrum edilməsi təklif olunub. Rusiya səfiri Sergey Kopırkin isə Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə dövlət telekanalının efirində verilən bəyanatlardan dərin hiddət ifadə edən etiraz notası təqdim olunub.


Geri dön