Ana Sayfa > Karusel / Dünya > KİV: İran ABŞ-ın hərbi bazalarını vuracağı ilə bağlı region ölkələrinə xəbərdarlıq edib

KİV: İran ABŞ-ın hərbi bazalarını vuracağı ilə bağlı region ölkələrinə xəbərdarlıq edib


14-01-2026, 13:20. Yazar: Admin

KİV: İran ABŞ-ın hərbi bazalarını vuracağı ilə bağlı region ölkələrinə xəbərdarlıq edib

İran ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə, ABŞ-ın region ölkələrindəki hərbi bazalarını hədəf alacağı ilə bağlı xəbərdarlıq edib.

Qarabaginfo.az xəbər verir ki, “Reuters“ə danışan anonim iranlı rəsmi İranın məsələ ilə bağlı region ölkələrinə xəbərdarlıq etdiyini bildirib.

“Tehran Səudiyyə Ərəbistanı və BƏƏ-dən Türkiyəyə qədər region ölkələrinin diqqətinə çatdırıb ki, ABŞ İrana hücum etsə, Vaşinqtonun bu ölkələrdəki hərbi bazaları vurulacaq”, - anonim mənbə qeyd edib.

Xatırladaq ki, bundan əvvəl İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf da İrana hücum olacağı halda, ABŞ-ın regiondakı qüvvələrinin hədəfə alınacağını bəyan edib.


Geri dön