Ana Sayfa > Karusel / Dünya > KİV: Uitkoff və Kuşner tezliklə Moskvada Putinlə görüşə bilər

KİV: Uitkoff və Kuşner tezliklə Moskvada Putinlə görüşə bilər


14-01-2026, 13:05. Yazar: Admin

Cerad Kuşner və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff

 

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cerad Kuşner tezliklə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg“ anonim mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildirib ki, görüş bu ay baş tuta bilər, lakin planlar hələ yekunlaşdırılmayıb və İrandakı hadisələr fonunda səfərin tarixi dəyişə bilər.

Kreml “Bloomberg“in sorğusuna cavab verməyib.

Ağ Ev isə belə bir görüşün planlaşdırılmadığını bəyan edib.


Geri dön