Ana Sayfa > Karusel / Gündəm > Daha 2 koronavirus xəstəsinə cinayət işi açıldı

Daha 2 koronavirus xəstəsinə cinayət işi açıldı


12-01-2021, 15:26. Yazar: Admin

Daha 2 koronavirus xəstəsinə cinayət işi açıldı

Daxili işlər orqanları əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, yanvarın 11-də həyata keçirilən tədbirlər nəticəsində yaşayış yerini icazəsiz tərk edən 4 nəfər aktiv koronavirus xəstəsi icimai yerlərdə müəyyən edilərək saxlanılıb.

Həmin şəxslər xüsusi nəzarətlə evə qaytarılıb. Onlardan 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.


Geri dön