ABŞ hökuməti Venesuela neft ticarəti ilə əlaqəli daha onlarla tankerə qarşı məhkəmə orderlərinin alınması üçün müraciət edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Bildirilir ki, Vaşinqton bu addımla Cənubi Amerika ölkəsinin neft daşımalarına nəzarəti daha da gücləndirməyə çalışır.
Son həftələrdə ABŞ hərbi qüvvələri və sahil mühafizəsi beynəlxalq sularda Venesuela neftini daşıyan beş gəmini ələ keçirib.