Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanla danışıqlar aparacaq erməni məmur – FOTO

Azərbaycanla danışıqlar aparacaq erməni məmur – FOTO


12-01-2021, 15:25. Yazar: Admin

Qarabağla bağlı yaradılacaq üçtərəfli komissiyanın Ermənistandan olan üzvü məlum olub.

Qarabaginfo.az xəbər verir ki, bu posta baş nazirin müavini Mqer Qriqoryan təyin olunub.

 

2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən Rusiya ilə iqtisadi sahədə bütün danışıqlar, o cümlədən təbii qazın qiyməti barədə bütün razılşamlar onun vasitəsilə əldə olunub.

 

Rusiyanın üçtərəfli komissiyada təmsil olunacağı şəxs isə böyük ehtimalla baş nazirin müavini Aleksey Overçuk olacaq.

 

Üçtərəfli Rusiya, Ermənistan və Azərbaycan Komissiyası Qarabağa dəymiş zərəri, həmçinin, bölgənin iqtisadi kommunikasiyalarının açılmasına cavabdehlik daşıyacaq.

 


Geri dön