Ana Sayfa > Karusel / Dünya > “ABŞ-ı yox, Danimarkanı seçirik” –Qrenlandiyanın baş naziri

“ABŞ-ı yox, Danimarkanı seçirik” –Qrenlandiyanın baş naziri


13-01-2026, 21:25. Yazar: Admin

 

“Qrenlandiya ABŞ-ı yox, Danimarkanı seçir“.

Qarabaginfo.az bildirir ki, bu barədə Danimarka muxtar bölgəsi olan Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen mətbuat konfransında bəyan edib.

O, ABŞ və Danimarka arasında seçim etmək məcburiyyətində qalacağı təqdirdə “Danimarkanı seçəcəyik” ifadəsini işlədib.

“Bir şey hər kəs üçün aydın olmalıdır. Qrenlandiya ABŞ-a məxsus olmaq istəmir. Qrenlandiya ABŞ tərəfindən idarə olunmaq istəmir. Qrenlandiya ABŞ tərəfindən idarə olunmaq istəmir. Qrenlandiya ABŞ-ın bir hissəsi olmaq istəmir”, – Nilsen deyib.


Geri dön