Ana Sayfa > Karusel / Dünya > Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir

Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir


13-01-2026, 21:19. Yazar: Admin

Rusiya XİN: "Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının...”

Rusiya İranın daxili siyasi proseslərinə təxribatçı xarici müdaxiləni qəti şəkildə pisləyir.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Vaşinqtonun İrana qarşı yeni hərbi zərbələr endirməklə bağlı təhdidləri qəti şəkildə qəbuledilməzdir.

"Xüsusilə qeyd etmək lazımdır ki, ölkə hökuməti Qərbin düşmən siyasətinin mənfi sosial-iqtisadi nəticələrini neytrallaşdırmaq üçün effektiv yollar axtarmaq məqsədilə cəmiyyətlə konstruktiv dialoqa hazırdır", - Rusiya XİN sözçüsü vurğulayıb.


Geri dön