Ana Sayfa > Karusel / Sosial > General Kazımov təqaüdə göndərildi

General Kazımov təqaüdə göndərildi


13-01-2026, 16:37. Yazar: Admin

general-kazimov-teqaude-gonderildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunub.

Qarabaginfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, general Kazımov son yaş həddi (60 yaş) ilə əlaqədar təqaüdə göndərilib.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.

Qeyd edək ki, Aqşin Kazımov 2024-cü ilin dekabr ayında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin edilmişdi.


Geri dön