Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Konqresin Nümayəndələr Palatasına Qrenlandiyanın ilhaqına dair qanun layihəsi təqdim olunub
Ana Sayfa > Karusel / Dünya > Konqresin Nümayəndələr Palatasına Qrenlandiyanın ilhaqına dair qanun layihəsi təqdim olunub

Konqresin Nümayəndələr Palatasına Qrenlandiyanın ilhaqına dair qanun layihəsi təqdim olunub


13-01-2026, 08:18. Yazar: Admin

Konqresin Nümayəndələr Palatasına Qrenlandiyanın ilhaqına dair qanun layihəsi təqdim olunub

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Florida ştatından respublikaçı Rendi Fayn Vaşinqtonun Qrenlandiyanı ilhaq etməsini nəzərdə tutan qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə konqresmenin rəsmi saytında yayımlanan bəyanatda deyilir.

Qanun layihəsinə əsasən, Amerika prezidentinə Qrenlandiyanın ilhaqı və ya digər yolla ABŞ ərazisinə birləşdirilməsi məqsədilə Danimarka Krallığı ilə danışıqlar aparmaq da daxil olmaqla, “zəruri tədbirlər görmək” səlahiyyəti verilir.

Qeyd olunur ki, bundan sonra Qrenlandiya ABŞ-ın ştatı hesab olunacaq.


Geri dön