Ana Sayfa > Karusel / Dünya > Azərbaycan ABŞ ilə süni intellekt üzrə data mərkəzlərinin tikintisini müzakirə edib

Azərbaycan ABŞ ilə süni intellekt üzrə data mərkəzlərinin tikintisini müzakirə edib


12-01-2026, 17:48. Yazar: Admin

Azərbaycan ABŞ ilə süni intellekt üzrə data mərkəzlərinin tikintisini müzakirə edib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov ölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Qarabaginfo.az-a  Nazirlikdən bildirilib.

Görüşdə Azərbaycanla ABŞ arasında məzmunca zənginləşən strateji əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Eyni zamanda Nazirliklə ABŞ-nin Ticarət və İnkişaf Agentliyi arasında dəmiryol infrastrukturu, telekommunikasiya, kosmik texnologiyalar, süni intellekt texnologiyaları üçün data mərkəzlərinin tikintisi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Geri dön