Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan İsraildə suyun duzsuzlaşdırılması şirkətində 270 mln. dollarlıq pay ala bilər
Azərbaycan İsraildə suyun duzsuzlaşdırılması şirkətində 270 mln. dollarlıq pay ala bilər12-01-2026, 15:30. Yazar: Admin |
|
Azərbaycan İsraildə suyun duzsuzlaşdırılması (desalinasiya) şirkətində 270 mln. dollarlıq pay ala bilər. Qarabaginfo.az xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqi (AIH) İsrailin suyun duzsuzlaşdırılması üzrə IDE şirkətində 30%-lik payın planlaşdırılan satın alınması ərəfəsində ətraflı yoxlama (due diligence) aparır. Qeyd edək ki, IDE İsraildə ən böyük desalinasiya şirkətidir. Şirkət İsraildə desalinasiya olunmuş suyun 45%-nə cavabdehdir. Əgər sövdələşmə baş tutarsa, bu, Azərbaycanın İsraildə ikinci böyük dövlət investisiyası olacaq. Birinci belə investisiya 2025-ci ilin yayında SOCAR tərəfindən Tamar qaz yatağının 10%-lik payının 1,25 milyard dollara alınması olub. Geri dön |