Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan neft emalını 7%-ə yaxın artırıb

Azərbaycan neft emalını 7%-ə yaxın artırıb


12-01-2026, 12:48. Yazar: Admin

Azərbaycan neft emalını 7%-ə yaxın artırıb

Ötən il Azərbaycanda 6,2 mln. ton neft emal edilib. Bu da illik müqayisədə 6,9% artım deməkdir.

Energetika Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, 2024-cü ildə Azərbaycanda 5,8 mln. ton neft emal edilib.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod (NEZ) respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.


Geri dön