Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp NATO-ya inanmır: Biz onlara daha çox lazımıq, nəinki onlar bizə
Ana Sayfa > Karusel / Dünya > Tramp NATO-ya inanmır: Biz onlara daha çox lazımıq, nəinki onlar bizə

Tramp NATO-ya inanmır: Biz onlara daha çox lazımıq, nəinki onlar bizə


12-01-2026, 11:16. Yazar: Admin

ABŞ Prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp NATO-ya müsbət yanaşsa da, zərurət yaranacağı halda alyansın ABŞ-ın yanında olub-olmayacağına tam əmin olmadığını bildirib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bunu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ NATO üçün böyük maliyyə xərcləri çəkir, lakin alyans üzvlərinin eyni səviyyədə Vaşinqtona dəstək verib-verməyəcəyi sual altındadır.

Tramp vurğulayıb ki, NATO-ya ehtiyac yaranacağı təqdirdə, alyansın ABŞ-ın yanında olub-olmayacağına dair tam əminlik yoxdur.

ABŞ Prezidenti NATO ilə bağlı mümkün nəticələrə də toxunub. O qeyd edib ki, bu vəziyyət alyansa təsir edərsə, qoy etsin: “Biz onlara daha çox lazımıq, nəinki onlar bizə”.


Geri dön