Ana Sayfa > Karusel / Dünya > Qrenlandiyadakı siyasi partiyalar ABŞ-a birləşmək istəmədiklərinə dair bəyanat yayıb

Qrenlandiyadakı siyasi partiyalar ABŞ-a birləşmək istəmədiklərinə dair bəyanat yayıb


10-01-2026, 12:27. Yazar: Admin

Qrenlandiyadakı siyasi partiyalar ABŞ-a birləşmək istəmədiklərinə dair bəyanat yayıb

Qrenlandiya ABŞ-a birləşmək istəmir.

Qarabaginfo.az AFP-yə istinadən xəbər verir ki, Qrenlandiyada 5 siyasi partiyanın lideri bununla bağlı birgə bəyanat yayıb.

“Biz amerikalı olmaq istəmirik, biz danimarkalı olmaq istəmirik. Biz qrenlandiyalı olmaq istəyirik. Qrenlandiyanın gələcəyi qrenlandiyalılar tərəfindən müəyyən olunmalıdır”, - bəyanatda qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın ya sülh, ya da güc yolu ilə ABŞ-ın nəzarətinə keçəcəyini vurğulayıb.


Geri dön