Ana Sayfa > Karusel / Hadisə > Sumqayıtda zavodda partlayış - Xəsarət alan var

Sumqayıtda zavodda partlayış - Xəsarət alan var


9-01-2026, 10:27. Yazar: Admin

sumqayitda-zavodda-partlayis

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

Qarabaginfo.az istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt sakini 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön